ABŞ-ın vitse-prezidentinin məsləhətçisi COVID-19-a yoluxdu

DÜNYA 25 okt 2020, 10:24

ABŞ-ın vitse-prezidenti Maykl Pensin məsləhətçisində koronavirus aşkarlanıb.


“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” bildirib.


Məlumata görə, vitse-prezidentin məsləhətçisi Marti Obst COVID-19-a yoluxub.


Agentlik vurğulayıb ki, Obst administrasiyanın əməkdaşları sırasına daxil deyil, amma Pensin yaxın ətrafına daxildir və onunla tez-tez görüşür.


ABŞ-da bir gün əvvəl koronavirusa sutka ərzində rekord - 83 757 yoluxma aşkar edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top