Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa, hərbi əməliyyatların aparılmasını irəli sürmür"

SİYASƏT 25 okt 2020, 09:19

“Təbii ki, bu kifayət qədər mürəkkəb məsələdir. Biz realist olmalıyıq. 30 ilə yaxın yığılmış problemin həlli bir görüşlə mümkün deyil. Ancaq biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir. Azərbaycan tərəfi hər zaman məsələnin siyasi yolla həll olunmasının tərəfdarıdır”.


Bu fikirləri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov “Report”un xarici bürosunun suallarını cavablandırarkən deyib.


“Azərbaycan tərəfi mütləq şərt yoxdursa, hərbi əməliyyatların aparılmasını irəli sürmür. Hesab edirəm ki, ABŞ rəsmiləri ilə keçirdiyimiz bütün göruşlərdə Azərbaycan tərəfinin həqiqətlərini çatdırmağa həm əsasımız, sözümüz var, həm də mövqeyimiz ədalətlidir. Bu baxımdan bu görüşləri faydalı hesab edirik”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top