Qırğızıstanda prezident seçkilərinin vaxtı məlum oldu

DÜNYA 25 okt 2020, 09:58

Qırğızıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi 10 yanvar 2021-ci ilə planlaşdırılır.


Demokrat.az xəbər verir ki, bununla bağlı qərar ölkənin Seçkilər və Referendumların keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasının nəticəsinə əsasən qəbul edilib.


MSK sədri Nurjan Şayldabekova bildirib ki, vaxtından əvvəlki prezident seçkilərinin tarixini 10 yanvar 2021-ci ilə təyin etmək təklif olunur.


"Hamıya məlum olduğu kimi, prezident Sooronbay Jeenbekov oktyabrın 15-də istefa verdi. Prezidentin səlahiyyətlərinin dayandırılması günündən həftəlik müddət 22 oktyabrda başa çatdı. Parlament vaxtından əvvəl formatda prezidentin seçkilərinin təyinatı haqqında qərarları qəbul etmədi", - Şayldabekova deyib.


Prezident istefasını parlament tərəfindən namizədliyi oktyabrın 14-də təsdiqlənən yeni baş nazir Sadır Japarova müzakirə edib. Qeyd edək ki, sabiq prezident Sooronbay Jeenbekov 2017-ci il noyabrın 24-də seçilmişdi.(repotr.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top