“Samsung” şirkətinin rəhbəri vəfat etdi

DÜNYA 25 okt 2020, 09:32

“Samsung” konserninin sədri Li Qon Xi 79 yaşında vəfat edib.


“Report”un məlumatına görə, bu barədə “Ryonxap” agentliyi bildirib.


Qeyd edilir ki o, Seulda “Samsung” xəstəxanasında bazar günü dünyasını dəyişib. Li Qon Xi 1942-ci ildə doğulub və atası, qrupun banisi Li Byon Çxolun 1987-ci ildə vəfatından sonra “Samsung”un ikinci sədri olub.


2014-cü ildə Li Qon Xi infarkt keçirib və bundan sonra şirkətə nəzarət faktiki olaraq oğlu və qrupun törəmə şirkəti olan “Samsung Electronics”in vitse-prezidenti Li Çje Yona keçib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top