Həbib Nurməhəmmədov Castin Qetjiyə qalib gəldi

İDMAN 25 okt 2020, 08:56

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib.


Demokrat.az xəbər verir ki, görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda UFC 254 turnirində gerçəkləşib.


32 yaşlı Nurməhəmmədov rəqibini ikinci raundda boğucu fəndlə üstələyib.


Bu müdafiə rusiyalı üçün 3-cü olub. Nurməhəmmədov 7 aprel 2018-ci ildə amerikalı Yel Yakvintə qalib gələrək təşkilatın çempionu olub.


H.Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top