Ziyad Səmədzadə: "Azərbaycan dünyanın enerji xəritəsini dəyişir"

İQTİSADİYYAT 24 okt 2018, 22:19

Millət vəkili Ziyad Səmədzadə hesab edir ki, Azərbaycanla Türkiyə arasında ticarət əməkdaşlığının potensialı açıqlanan rəqəmlərdən daha böyükdür. 

Deputat “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumda türkiyəli sahibkarlara müraciət edib.

“Ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşması üçün böyük işlər görülür. Düzdür, bu yolda bürokratik əngəllər də olur. Amma iş adamlarının birgə görüşləri hər iki ölkənin inkişafına imkan yaradır”. 

Tanınmış iqtisadçı onu da vurğulayıb ki, 2000-ci ildə apardığı araşdırmaya görə, türk ölkələrinin dünya ÜDM-də payı 1 faizdən az, həmçinin yoxsulluq göstəriciləri yüksək olub. 

“Bu gün hər iki ölkənin birgə reallaşdırdığı layihələr dünyada maraqla qarşılanır. Biz Azərbaycanda elə layihələr həyata keçirik ki, bu, dünyanın enerji xəritəsini dəyişir” (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top