Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edildi — FOTOLAR

SOSİAL 24 okt 2020, 20:46

Almaniyanın Hamburq və Frankfurt  şəhərlərində  yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə  təcavüzkar Ermənistan Ordusunun  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini yad etmək üçün anım mərasimi təşkil olunub.  

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Demokrat.az-a verilən məlumata görə, Gəncə terrorunun qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, tər güllər düzülüb. 

 

Anım mərasimində  soydaşlarımızla yanaşı, şəhər sakinləri də iştirak edib. Onlara Qarabağ həqiqətləri ilə bağlı məlumat vərəqələri paylanıb.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top