“El-Klassiko”nu “Real” qazandı

İDMAN 24 okt 2020, 20:07

İspaniya La Liqasında VII turunda “El-Klassiko” baş tutub.

 

Demokrat.az-ın məlumatına görə, "Barselona" doğma meydanda "Real"ı qəbul edib.

 

Oyunun başlanğıcında madridlilər hesabı açıb. Valverde imkanı əldən verməyib. Az sonra hesaba tarazlıq gəlib. Ansu Fati “El-Klassiko”da qol vuran ən gənc oyunçu olub.

 
İkinci hissədə penaltidən fərqlənən Serxio Ramos komandasını hesabda önə çıxarıb. "Barselon" hesabı bərabərlişdirmək istədiyi bir vaxtda sonradan meydana çıxan Luka Modriç üçüncü topu rəqib qapısından keçirib. 
 

 
İspaniya La Liqası
VII tur
24 oktyabr
“Barselona” – “Real” – 1:3
Qollar: Fati, 5 – Valverde, 8, Ramos,, 63 (pen.), Modriç, 90

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top