İtaliya millisinin sabiq futbolçusu qarət edildi

İDMAN 24 okt 2020, 19:15

İtaliya millisinin və Almaniya "Bavariya"sının sabiq futbolçusu Luka Toninin ailəsi silahlı soyğuna məruz qalıb.


Demokrat.az xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu bu barədə "Instagram" hesabından məlumat verib.


Toni cümə axşamı 3 silahlı şəxsin evi qarət etdiyini bildirib: "Ən əsası odur ki, ailəmdə hər şey qaydasındadır. Bizim üçün böyük qorxu olsa da, zərər görmədik. Cinayətkarların dəyərli əşyaları götürməsi kədərlidir".


Qeyd edək ki, Luka Toni 2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top