Hikmət Hacıyev: "Ermənilərin Tərtəri atəşə tutması nəticəsində yeniyetmə həlak olub"

GÜNDƏM 24 okt 2020, 11:14

“Ermənistanın mülki vətəndaşlara, xüsusilə uşaqlara qarşı müharibəsi davam edir”.


Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.


“Azərbaycanın Tərtər şəhərinə gələn “Smerç” raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin bağçasında öldürülüb. Orxan xurma yığırdı, çünki indi mövsümüdür”, - o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top