Azərbaycanlı cüdoçu: "Qələbəmi şəhidlərə həsr edirəm"

İDMAN 24 okt 2020, 10:44

"Ölkəmizin çətin günlərində medal qazandım".


Demokrat.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal qazanan cüdoçu Orxan Səfərov deyib.


66 kq çəki dərəcəsində mübarizə aparan idmançı qələbəni şəhidlərə həsr etdiyini bildirib: "Azərbaycanın haqq davasında hər şey yaxşı olacaq. Qarabağ bizimdir və bizim olacaq".


Qeyd edək ki, Orxan Səfərov bürünc medal uğrunda görüşdən sonra əsgər salamı verib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top