Koronavirusdan sağalanların saçı tökülür?

MARAQLI 23 okt 2020, 13:55

Koronavirus infeksiyasından sağalandan sonra xəstəliyin nəticələrindən biri saçın tökülməsidir.


NHK telekanalının məlumatına görə, bu barədə Yaponiyanın Milli Qlobal Sağlamlıq və Tibb Mərkəzinin alimləri açıqlama verib.


Alimlərin sözlərinə görə sağaldıqdan dörd ay sonra COVID-19 xəstəxanasında yatan insanlar nəfəs darlığı (11 faiz), zəiflik (10 faiz), zəif qoxu (10 faiz), öskürək (4 faiz), həmçinin dad pozğunluqları (2 faiz) kimi bir sıra əlamətlər qalır.


Eyni zamanda, koronavirusdan sağalanların dörddə biri saç tökülməsindən şikayətlənib.


Elm adamları Ebola və ya denqe qızdırması keçirənlərdə oxşar simptomları müşahidə ediblər. Bununla belə saç tökülməsinin xəstələrin emosional həyəcanından da qaynaqlana biləcəyini etiraf ediblər.(oxu.az)


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top