Böyük Dəbilqə: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

İDMAN 23 okt 2020, 09:22

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.

 

"Report"un məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə qoşulacaq.


60 kq çəki dərəcəsində Kəramət Hüseynov fransalı Luka Mxeidze, Davud Məmmədsoy isə hindistanlı Vijay Kumar Yadavla qarşılaşacaq.


66 kq-da yarışan Nicat Şıxəlizadənin rəqibi Villian Lima (Braziliya)/Yarin Menaged (İsrail) cütünün qalibi olacaq. Orxan Səfərov isə Niderland təmsilçisi İvo Verhorstertlə münasibətlərinə aydınlıq gətirəcək.


Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində Aişə Qurbanlı Şirin Bouklini (Fransa) sınağa çəkəcək. Leyla Əliyeva macarıstanlı Luka Mamira ilə üz-üzə gələcək.


52 kq-da isə Gültac Məmmədəliyeva - Qal-Od Tserentoqxod (Monqolustan) dueli baş tutacaq.


Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun qatılacağı turnirdə idmançılar Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları da qazanacaqlar. Böyük Dəbilqə 23 - 25 oktyabrda gerçəkləşəcək.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top