"Elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, koronavirus Orduya gedib çıxsın" — Nazirlikdən ÇAĞIRIŞ

SOSİAL 22 okt 2020, 22:37

"Biz koronavirusa yoluxma ilə bağlı elə bir vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın. Ona görə də tədbirləri davam etdirməliyik".

 

Demokrat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

 
Karantin rejiminin hələ davam etdiyini xatırladan N.Mürsəlova qeyd edib ki, xüsusi məqamlara diqqət yönəldilməlidir:

 
"Bu gün bizə sağlam hərbçilər lazımdır. Biz də gərək arxa cəbhədə - paytaxtda, rayonlarda oturaraq öz sağlamlığımıza fikir verək ki, xəstələnərək ətrafdakı insanlara bu virusu yoluxdurmayaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top