Qəbələ-İsmayıllı sərhədində zəlzələ oldu

HADİSƏ 22 okt 2020, 18:30

Bu gün Qəbələ seysmoloji stansiyasından 17 kilometr şərqdə - Qəbələ-İsmayıllı sərhədində maqnitudası 3.7 olan zəlzələ baş verib.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:52-də qeydə alınıb.

 

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top