Azərbaycan Prezidenti Moskvaya dəvət olunubmu?

GÜNDƏM 22 okt 2020, 15:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı jurnalist Rusiya Prezidenti Vladimir Putinin onu Moskvaya dəvət edib-etmədiyini soruşub.


Demokrat.az-ın xəbərinə görə, dövlət başçısı bu suala "Xeyr" deyə cavab verib.


Jurnalistin "Dəvət olunsaydınız, getməyə hazırsınızmı?" sualına cavabda isə Prezident bunları deyib:


"Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam və Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli təmasların tərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top