Avropa İttifaqı Gürcüstanı təhlükəsiz ölkələr siyahısından çıxardı

DÜNYA 22 okt 2020, 12:09

Gürcüstan Avropa İttifaqının təhlükəsiz ölkə siyahısından çıxarılıb.


Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.


Pisləşən epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanla bərabər Kanada və Tunis də Aİ-nin təhlükəsiz ölkələr siyahıdan çıxarılıb.


Digər dəyişikliyə əsasən Aİ olmayan doqquz ölkə - Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Tailand, Uruqvay, Cənubi Koreya və Yaponiya təhlükəsiz ölkələr elan edilib.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top