Azərbaycanda nikaha daxil olanların orta yaşı son 29 ilin ən yüksək həddinə çatdı

SOSİAL 22 okt 2020, 10:38

Azərbaycanda nikaha daxil olanların orta yaşı son 29 ildə ən yüksək göstəriciyə çatıb.


Trend-in məlmatına görə, ötən il həm qadınlar, həm də kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.


Bundan əvvəl 1990-cı ildə qadınlar arasında nikaha daxil olanların orta yaşı yuxarı olsa da, o da ötən ilki səviyyədən yüksək olmayıb. Belə ki, ölkədə qadınlar arasında nikaha daxil olanların orta yaşı 1990, 2004, 2005 və 2011-ci illərdə yüksək (23,7 yaş) olub. 2019-cu ildə isə Azərbaycanda nikaha daxil olan qadınların orta yaşı 24,7-yə çatıb.


Kişilər arasında isə nikaha daxil olanların orta yaşı ötən il 2018-ci ildəki yüksək göstəricidən sonra ən yuxarı həddə çatıb. 2018-ci ildə ölkədə kişilər arasında nikaha daxil olanların orta yaşı 29 olduğu halda, 2019-cu ildə bu yaş göstəricisi 29,4 olub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top