Poroşenkoya qarşı dövlət çevrilişi ittihamı ilə cinayət işi açıldı

DÜNYA 22 okt 2020, 10:01

Ukraynada yeni dövlət çevrilişinin hazırlanması ilə bağlı keçmiş prezident Pyotr Poroşenko və onun silahdaşları barəsində cinayət işi açılıb. 


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ali Radanın “Müxalifət platforması – Həyat üçün" Partiyasından olan deputatı Renat Kuzmin bildirib.


Kuzmin iddia edir ki, Poroşenko və onun ətrafı “əslində dövlət çevrilişi olmuş “Maydan” dövründə olduğu kimi, dövlət hakimiyyətini zorla ələ keçirməyə hazırlaşır”.


O, həmçinin Baş Prokurorunun Ofisindən sənədlərin skan sürətini dərc edib, burada işin oktyabrın 1-də başlandığı göstərilib.


Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top