Hikmət Hacıyevdən BİLD-in iddiasına cavab: "Azərbaycan Prezidenti “sarı mətbuat”a müsahibə vermir"

SİYASƏT 21 okt 2020, 22:59

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın BİLD nəşrinin əməkdaşının iddialarına cavab verib.

 

Bununla bağlı H.Hacıyev “Twitter” hesabında paylaşım edib.

 

Belə ki, BİLD-in əməkdaşı Paul Rozenhaymerin guya Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə onunla müsahibəyə razılaşması, daha sonra isə imtina etməsi ilə bağlı “Twitter”də iddia irəli sürüb.

 

Onun cavabında isə Hikmət Hacıyev bildirib ki, heç kim bu nəşrə müsahibə ilə bağlı razılıq verməyib: “Azərbaycan rəhbərliyi adından danışmağınız peşəkarlığa sığmır. Azərbaycan Prezidenti peşəkar mediyaya müsahibə verir, hansısa “sarı mətbuat”a deyil”.

 

@ronzheimer please be informed that no one has given any consent to give interview to BILD. Your statement on behalf of Azerbaijani Gov is unprofessional. My President @presidentaz prefers to give interview to professional media not 'yellow media outlets' pic.twitter.com/Fyahqf6F3c

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 21, 2020

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top