Pakistan səfiri ordumuzun uğurları münasibətilə Azərbaycan xalqını təbrik etdi

SİYASƏT 21 okt 2020, 22:33

"İşğal altında olan ərazilərin azad olunması istiqamətində gedən əməliyyatlarda Azərbaycan Ordusunun qazandığı uğurlar münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm".

 

 APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.

 

Diplomat bildirib ki, tarixi dostluq və qardaşlıq əlaqələri olan Pakistan və Azərbaycan beynəlxalq platformalarda uğurla əməkdaşlıq edib və edir.

 

"Pakistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və hüquqi həllini dəstəkləyir və bu məsələdə Azərbaycan xalqının və hökumətinin yanındadır", - deyə səfir vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top