“Düşmənin silahlı texnikası, muzdluları heç bir işə yaramır” — Müdafiə Nazirliyi

SİYASƏT 21 okt 2020, 19:31

Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatlarında ermənilərin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Ordusu döyüşdə əsl qəhrəmanlıq nümayiş etdirir:

 

"Azərbaycan əsgəri Ali Baş Komandanın hər çıxışından güc alır və döyüş meydanında əsl peşəkarlıq və qəhrəmanlıq göstərir, düşmənə layiqli cavab verir. Düşmənin mövqeləri darmadağın edilir. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Qələbə bizimlədir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top