I Vitse-prezidentin köməkçisi: “Mədəni irsə əhəmiyyət verilmir”

GÜNDƏM 21 okt 2020, 18:13

“Görəsən Şuşada erməni vandalları tərəfindən Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər? Terorçu Paşinyan, onunla sarayını bəzədin?”


Demokrat.az xəbər verir ki, bunu Ermənistanın işğal olunmuş ərazilərdəki mədəni abidələrə qarşı vandal münasibətinə etiraz edən I vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov “Twitter” sosial şəbəəsində bildirib.


E.Hüseynov beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd münasibətinə də etiraz edib: “Mədəni irsə əhəmiyyət verilmir. Görün, Şuşadakı unikal məqbərəyə nə oldu. Təsəvvür edin ki, bu “Big Ben” və Eyfel qülləsi üçün baş verir. Hələ laqeyd qalacaqsınız? Coğrafiya bu qədərmi məna daşıyır?”


Vitse-prezidentin köməkçisi tezliklə məqbərənin yenidən təmir ediləcəyini qeyd edib: "Şuşa yenidən geri qayıdacaq. Gözləmək uzun çəkməyəcək. Ermənistan tərəfindən vəhşicəsinə dağıdılan Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa edəcəyik. Təbii, tezliklə!"

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top