Bakıda gənci maşın vurdu — Sürücü hadisə yerindən qaçdı

HADİSƏ 21 okt 2020, 09:48

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.


Demokrat.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində baş verib.


Bildirilib ki, 1992-ci il təvəllüdlü Babayev Kamil Dəyanət oğlu piyada keçidindən keçib. Bu zaman onu yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil vurub və sürücü hadisə yerindən uzaqlaşıb.


Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.


Hazırda hadisəni törədən sürücünün axtarışı aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top