"Hər bir kəndimizin, şəhərimizin azad edilməsinə çox sevinirəm" — İsa Qəmbər

SİYASƏT 20 okt 2020, 21:28

Torpağımızın hər qarışı mənim üçün müqəddəsdir. Hər bir kəndimizin, şəhərimizin azad edilməsinə çox sevinirəm.

 

Demokrat.az xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bildirib.

 

O qeyd edib ki, atasının doğulduğu kəndin işğaldan azad edilməsi münasibətilə dostlar zəng edib təbrik edir, jurnalistlər fikrini-hissini soruşurlar.

 

İsa Qəmbər onlara təşəkkürünü bildirib: “Bu gün isə ən çox sevindiyim Zəngilanın azad edilməsiylə Azərbaycanımızın öz cənub sərhədlərinə sahib çıxması, bu sərhədlərin Ermənistanın nəzarətindən qurtulmasıdır. Bu, geostrateji uğurdur!”

 

Qeyd edək ki, İsa Qəmbərin atası, kimyaçı alim, professor, AMEA-nın müxbir üzvü Yunus Qəmbərov (1926-1991) Füzuli rayonunun Kürdlər kəndindəndir. /Pravda.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top