Elman Rüstəmov: "Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər"

İQTİSADİYYAT 20 okt 2020, 20:50

“Azərbaycan və Ermənistan iqtisadiyyatları arasında kəmiyyət müqayisəsi aparsaq, deyə bilərik ki, bizim dövlət büdcəmiz Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) dəyərindən çoxdur, o cümlədən bizim xarici valyuta (qızıl) ehtiyatlarımız onların ehtiyatlarından 30 dəfə çoxdur”.

 

Demokrat.az xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

 

"Ermənistan xarici dövlət borcuna nəzarət edə bilmir, bu borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 60%-ə çatıb. Azərbaycanda isə bu nisbət 20%-dən aşağıdır. Bu gün Ermənistan əhalisinin 1/5 kasıblıq həddindən də aşağı səviyyədə yaşayır, ancaq Azərbaycanda kasıblıq radikal olaraq həll edilib. Bu gün iqtisadiyyatın hər bir sahəsində biz onlardan üstünük. Bu cür maliyyə imkanları ilə müharibənin bir neçə ay uzanması Ermənistan iqtisadiyyatını, maliyyə sistemini çökdürər, kollapsa gətirib çıxara bilər", - o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top