"Qarabağ"a texniki məğlubiyyət verildi

İDMAN 23 okt 2018, 18:11

AFFA-nın İntizam Komitəsinin iclasında "Qarabağ"a texniki məğlubiyyət verilməsi haqda qərar qəbul edilib. 

 

Demokrat.Az xəbər verir ki, son turda "Səbail" üzərində 1:0 hesablı qələbə qazanmasına baxmayaraq  Ağdam klubunun qalibiyyəti nəzərə alınmayıb:

 

"Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak  edib. Bu səbəbdən  “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 8000 manat cərimə olunur (maddə 51)".

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top