Azər Xudiyev: “Artıq dünya anlayır ki, ermənilər işğalçı, oğru və etibarsız millətdir” — MÜSAHİBƏ

MÜSAHİBƏ 20 okt 2020, 16:09

Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyevin "Demokrat.az" xəbər portalına müsahibəsi:


— Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda apardığı müharibəyə Ukrayna dövləti də açıq dəstək verdi. Bu dəstəyin əhəmiyyətini necə qiymətləndirirsiniz? 


— Əvvəla, onu deyim ki, indiyədək Ukraynadan Azərbaycana bu səviyyədə siyasi və geosiyasi dəstək olmayıb. Apardığımız Vətən müharibəsində Ukrayna dövləti bütün platformalarda Azərbaycanı açıq dəstəkləyir. Ukraynanın rəhbərliyi, diplomatik korpusu və vətəndaş cəmiyyəti bizim haqlı mövqeyimizə öz dəstəklərini nümayiş etdirirlər. Ukraynalı hərbi ekspertlər isə obyekiv təhlilləri və proqnostik tezisləri ilə real mənzərənin təsəvvür edilməsində müəyyən rol oynayırlar. Diplomatiya və informasiyanın böyük rol oynadığı indiki mərhələdə, razılaşın ki, bu, vacib faktordur.


Bu bağlılıqda əhəmiyyətli və maraqlıdır ki, Ukrayna Hərbi Kəşfiyyat Xidmətinin keçmiş rəisi və bir neçə keçmiş diplomatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Onlar nəinki Ukrayna mediasında, hətta xarici mediada da Azərbaycan Ordusunun uğurlarından bəhs edirlər. 


Sözügedən şəxslər Azərbaycanın haqlı olduğunu və öz ərazi bütövlüyünün bərpası uğrunda beynəlxalq hüququn tələblərinə əməl edərək addımlar atdığını bildirirlər. Siyasi kontekstdə bu onu ifadə edir ki, Ukraynada hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq, dövlət kimi haqqın, ədalətin yanındadırlar. 


O cümlədən, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə Kiyevin daim hörmətlə yanaşdığını nümayiş etdirirlər. Təsadüfi deyil ki, Ukrayna cəmiyyətinin Azərbaycana dəstəyi ilbəil yüksələn xətlə gedir. Hazırda bu dəstək ötən müddətlə müqayisədə daha çoxdur.


— Sizcə, bu proses hansı geosiyasi məqamlarla bağlıdır? 


— Hər şeydən öncə, rəsmi Bakı daim beynəlxalq hüquq çərçivəsində hərəkət edir, ədalətli və bütün siyasi məsələlərdə obyektiv mövqe tutur. Bu əsasda Krım məsələsində Azərbaycan Ermənistandan fərqli olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişdi. Yəni Azərbaycan subyektiv mülahzələrə görə deyil, konkret hüquqi meyarlara görə dövlət kimi beynəlxalq arenada fəaliyyət göstərir. Ermənistan isə forpost kimi Krımı "Rusiyanın tarixi ərazisi" adlandırmışdı. Dolayısı ilə diplomatik ibarələr altında özünün işğalçı siyasətinə də haqq qazandırmağa çalışmışdır. Bu isə siyasətdə faktiki olaraq ikili standartın formalarından biridir.

 
Şübhəsiz ki, bütün bunlar Ukraynanın Azərbaycana olan münasinətini daha da gücləndirdi. Bu gün Ukrayna hakimiyyətinin bütün qanadlarında Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan səmimi qəbul olunmur. Artıq Ukrayna cəmiyyəti yaxşı anlayır ki, ermənilər onlara dost deyillər, həssas məqamlarda onları satırlar. Bu səbəbdən də Ukrayna vətəndaşlarının əksəriyyəti erməniləri sevmirlər.
 

Hələ mən Kiyevdə səfir olarkən Ukrayna dövləti həm məni, həm də Ermənistan səfirini debata çağırmışdı. Orada Ermənistan səfirinə "Krım məsələsində niyə Rusiyanın tərəfini tutdunuz?" deyə sual ünvanlanmışdı. Həmin görüşdə Ermənistan səfiri bir daha dedi ki, Krım Rusiyanındır və sairə. Bu məsələdən sonra Ukrayna ictimaiyyətində Ermənistana qarşı haqlı narzılıqlar başlanıldı. 


Son dövrlər ermənilər Ukraynada da əsl simalarını ortaya qoyublar. Təsəvvür edin ki, ermənilər Ukraynada yaşaya-yaşaya həyasızcasına Rusiyanın Krımla bağlı qəsbkarlıq siyasətini dəstəkləyirlər. Ukrayna hökuməti üzərlərinə gedən zaman isə ermənilər özlərini “məzlum xalq” kimi təqdim etməyə çalışırlar. Artıq bütün dünya da anlayır ki, ermənilər işğalçı, oğru və etibarsız millətdir.  


— Azərbaycan ilə Ukrayna əlaqələrinin indiki inkişafında Prezident Vladimir Zelenskinin rolunu necə görürsünüz?


— Şübhəsiz ki, Vladimir Zelenski Prezident olandan bəri Azərbaycan ilə Ukrayna arasında olan əlaqələr yeni mərhələyə qədəm qoyub. Bilirsiniz ki, Zelenski hələ Prezident olmamışdan öncə də Azərbaycanda səfərdə olub, ölkəmizin dostu sayılır. Sonradan o Prezident seçiləndən sonra ilk səfərlərindən birini Azərbaycana etmişdi. 

 
Cənab Vladimir Zelenskinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Eyni zamanda Azərbaycan tərəfi də Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib və bunu BMT tribunalarında da dilə gətirib. Əlbəttə ki, bu cür qarşılıqlı addımlar həm iki dövlət, həm də xalqlar arasında inam və birlik yaradır. Çalışmalıyıq ki, bu əlaqələr daha da inkişaf etsin.

Mən Ukraynada səfir olan zaman cənab Vladimir Zelenski yeni Prezident seçilmişdi, onunla görüşüm olub. Həmin görüşlərdə də onun Azərbaycana qarşı dostluq münasibətlərinin olduğunu müşahidə etmişəm. 


Məsələnin digər tərəfi qlobal və regional miqyaslarda gedən geosiyasi proseslərlə bağlıdır. Ağıllı və uzağı görən siyasi liderlər anlayırlar ki, Azərbaycan müstəqil siyasəti ilə daim özünün geosiyasi məkanda yerini möhkəmlədir və rolunu artırır. Son zamanlar isə Türkiyə-Azərbaycan tandeminin geniş geosiyasi məkanda geosiyasi rolunun yeni mərhələyə qədə qoyduğu müşahidə edilir. Mən son məqalələrimin birində bunu geosiyasi aspektdə analiz etməyə çalışmışam. Konkret desəm, real düşünən, baş verənlərə obyektiv yanaşan siyasi liderləri bu cür dəyişikliyi görür, qiymətləndirir və uyğun reaksiya verirlər. Çox sevindiricidir ki, cənab V.Zelenskiy hörmət oyadan mövqedədir. 


— Dediyiniz bağlılıqda bir neçə gün öncə Vladimir Zelenskinin Türkiyəyə səfəri yada düşür. Orada cənab Ərdoğanla Zelenski arasında bir sıra müzakirələr aparılmışdı. Bu müzakirələri necə qiymətləndirirsiniz? 


— Əvvəla onu qeyd edim ki, cənab Vladimir Zelenskinin Qarabağda gedən döyüşlər ərəfəsində Türkiyəyə səfəri geosiyasi aspektdə Azərbaycan üçün də vacib əhəmiyyət daşıyırdı. Ancaq təəssüflər olsun ki, Azərbaycan KİV-ləri Vladimir Zelenskinin Türkiyəyə səfərini istənilən qədər geniş işıqlandırmadı. Bunu mənə Ukraynadan olan dostlarımız da deyir. Amma bizim mediadan fərqli olaraq, Ukrayna KİV-ləri Qarabağ döyüşləri ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün çıxışlarına geniş yer ayırır, hərbi və siyasi şərhçiləri ölkəmizə tam dəstək verir. Yəni, Ukrayna Azərbaycana strateji müttəfiq kimi baxır. Azərbaycan rəhbərliyi də Ukraynaya vacib strateji müttəfiq kimi yanaşır. Bu baxımdan Azərbaycan mediasının bu qarşılıqlı münasibətlərə daha həssas və dövlətçi mövqedən yanaşmasını arzulardım. Məsələ həm də iki dövlətin strateji tərəfdaşlığının geniş bir məkana mümkün pozitiv təsir imkanları ilə əlaqəlidir.

 
Cənab Ərdoğanla Zelenskinin görüşünə gəldikdə isə onu qeyd edim ki, qardaş Türkiyə hər zaman Azərbaycanla bağlı öz dəstəyini ən yüksək səviyyədə nümayiş etdirir. Hərdən Ukraynadan olan dostlarımız da mənə sual verirlər ki, dünyada başqa elə ölkələr yoxdur ki, Türkiyənin Azərbaycanı dəstəklədiyi qədər bir-birlərinə dəstək versinlər. Mən də onlara bizim bir millət, iki dövlət olduğumuzu izah edirəm. Eyni zamanda, vurğulamalıyıq ki, Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq emosiyasina deyil, çaşdaş dünyamızda müahidə edilən qlobal və regional geosiyasi, siyasi, hərbi, mədəni və təhlükəsizliklə bağlı proseslərin obyektiv qiymətləndirilməsinə əsaslanır. Bu səbəbdən Türkiyə ilə Azərbaycnain birliyi sarılmazdır və uğurludur!
Bu baxımdan Ukraynanın da Azərbaycan kimi münaqişədən əziyyət çəkdiyini və faktiki olaraq müharibə şəraitində yaşadığını vurğulamaq istərdim. Ukrayna istəyir ki, Türkiyənin hərbi sənaye potensialından yararlansın. O da reallıqdır ki, keçmiş Sovet İttifaqı dövründə Ukraynada aerokosmik sahə çox geniş inkişaf etmişdi. İndi Ukrayna həmin sahəni qardaş Türkiyənin dəstəyi ilə dirçəltmək istəyir. Ona görə də cənab Zelenskinin Türkiyəyə səfəri zamanı Ukrayna ilə Türkiyə arasında hərbi əməkdaşlıqla bağlı zasiş imzalandı. Bu, çox əhəmiyyətli addımdır. 


Həmçinin, gələcəkdə Azərbaycan da bundan yararlana biləcək. Çünki bu gün Azərbaycan həm qardaş Türkiyədən, həm də dost Ukraynadan silahlar alır. Ona görə də bu ölkələrin hərbi sənayesinin inkişafı Azərbaycan üçün də məqbul sayılır.


Ancaq mən məsələni hərbi əməkdaşlıq perspektivləri ilə məhdudlaşdırmaq fikrindən uzağam. Vəziyyətin gosiyasi konteksti daha əhəmiyyətlidir. Çünki artıq bütün postsovet məkanı üçün əhəmiyyəti ola biləcək geosiyasi situasiya formalaşır. Ənənəvi olaraq bu məkanda dominant olan Rusiya hazıda seytnota düşümüş kimi görünür. Bunun fonunda isə Türkiyənin geosiasi fəallığı sürətlənir. 


Cənubi Qafqazda Türkiyə-Azərbaycan geosiyasi gücü uğurlar əldə etdikcə bunun bütün postsovet məkanına təsiri aktuallaşır. Türkiyə-Ukrayna münasibətlərinə bu prizmada baxsaq, yaxın perspektivdə Ukrayna-Türkiyə-Gürcüstan-Azərbaycan geosiyasi konfiqurasiyasından danışa bilərikmi? Düşünürəm ki, analitiklər və siyasətçilər üçün bu mövzu maraqlıdır.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top