TBMM Sədrinin iştirakı ilə Milli Məclisin iclası başladı

SİYASƏT 20 okt 2020, 11:03

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.


Demokrat.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 5 məsələ daxil edilib.


İclasda əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edəcək.


Daha sonra isə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi ikinci oxunuşda, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihəsi isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top