Sabiq müdafiə naziri həbs edildi

DÜNYA 23 okt 2018, 16:28

Yunanıstanda məhkəmə qərarı ilə sabiq müdafiə naziri Yannos Papantoniu və həyat yoldaşı Stavrula Kuraku həbs edilib.


Demokrat.Az-ın məlumatına görə, onlar korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunurlar. Belə ki, Y.Papantoniu 2003-cü ildə vəzifəsinin icrasına görə hədiyyə qismində 2,8 milyon İsveçrə frankı almaqda, S.Kuraku isə cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında günahlandırılır.


69 yaşlı sabiq nazir isə məhkəmədə ittihamları qəbul etməyib: 


“Mən pul almamışam, sizin heç bir sübutunuz yoxdur”.


Xatırladaq ki, Ümum-Yunanıstan Sosialist Hərəkatı Partiyasının sabiq üzvü Y.Papantoniu 1994-cü ildən ölkənin milli iqtisadiyyat naziri, 1996-cı ildən 2001-ci ilədək milli iqtisadiyyat və maliyyə naziri, 2001-2004-cü illərdə isə milli müdafiə naziri vəzifələrində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top