“Əsgərə Məktub Online” layihəsi fəaliyyətə başlayıb

SOSİAL 19 okt 2020, 23:21

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir.

 

Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan Ordumuza dəstək kampaniyasında iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırır.

 

Böyük ruh yüksəkliyinə səbəb olan məktublar təbliğat və təşviqat qrupu tərəfindən sutkanın 24 saatı ərzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbi qulluqçularımıza çatdırılır.

 

Bundan əlavə “Əsgərə Məktub Online” layihəsi də fəaliyyət göstərir. Layihəyə qoşulmaq üçün www.veten-ugrunda.az saytına daxil olaraq online məktub yaza bilərsiniz.

 

Birbaşa keçid linki - http://veten-ugrunda.az/haqqimizda/679-sgr-online-mktub-yaz.html

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top