Azərbaycanda yanıq xəstələrinə xidmət üçün yeni mərkəz yaradılacaq

SOSİAL 19 okt 2020, 19:40

Oktyabrın 17-də Heydər Əliyev Fondunun dəstəyi, TƏBİB-in təşkilatçılığı ilə yeni yanıq müalicə mərkəzinin yaradılması ilə əlaqədar TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və məsul əməkdaşlar Türkiyə Yanıq Koordinatoru, Ankara Şəhər Xəstəxanası Yanıq Müalicə Mərkəzinin rəhbəri pr. Ahmet Çınar Yastı və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçiriblər.

 

TƏBİB-dən Demokrat.az-a verilən məlumata görə, görüşdə qeyd edilib ki, TƏBİB-in fəaliyyətində ən vacib istiqamət hər bir Azərbaycan vətəndaşı üçün tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin təmin edilməsidir. Bildirilib ki, müvafiq araşdırmaların nəticəsi göstərir ki, ölkəmizdə yanıq xəstələrinin müalicəsi ən zəruri istiqamətlərdən biridir. 

 

“Artıq bu profil üzrə fəaliyyətin operativ həyata keçirilməsi məqsədilə yanıq xəstələrinə xidmət etmək üçün yeni mərkəzin yaradılması planlaşdırılır. Eyni zamanda, bu istiqamətdə yüksək kvalifikasiyalı işçilərin sayının az olmasını, yanıq xəstələrinə qulluğun uzunmüddətli və zəhmət tələb edən proses olduğunu nəzərə alaraq, həmin müəssisənin fəaliyyətə başlaması ölkə səhiyyəsi üçün mühüm addım olacaq”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top