Rusiyadakı Avropa çempionatı ləğv olundu

İDMAN 19 okt 2020, 19:34

Rusiyanın Yekaterinburq şəhərində keçirilməsi planlaşdırılan Samba üzrə Avropa çempionatı ləğv edilib.

 

"Report" xəbər verir ki, bu barədə TASS-a Avropa və Ümümrusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev məlumat verib.

 

O bildirib ki, yarış dünyada, Rusiyada və xüsusən Yekaterinburqda pisləşən epidemioloji vəziyyətə görə ləğv edilib.

 

Qeyd edək ki, Avropa çempionatı bu il noyabrın sonunda keçirilməli idi. Yarışda Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top