BƏƏ heyəti Məscid əl-Əqsadan çıxarıldı

DÜNYA 19 okt 2020, 13:10

Fələstinlilər İsrail polisinin mühafizəsində Məscid əl-Əqsaya girən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) heyətini oradan çıxarıb.


Bununla bağlı Fələstinin “Vadi Hilva” İnformasiya Mərkəzinin “Facebook” səhifəsində məlumat verilir.


Görüntülərdə İsrail polisinin müşayiəti ilə Məscid əl-Əqsaya daxil olan BƏƏ heyətinin məscid icması tərəfindən uzaqlaşdırılması əks olunub.


Fələstin vətandaşı mübahisə etdiyi BƏƏ nümayəndə heyətini normallaşma (“münasibətlərin normallaşması” barədə müqavilə) tərəfdarı olmaqda günahlandırıb, onlarla iş görmədiyini deyib və Əqsadan dərhal ayrılmasını bildirib.


Müzakirələrdən sonra BƏƏ heyəti məscidi tərk etməli olub.


Qeyd edək ki, İsrail, BƏƏ və Bəhreyn arasında “münasibətlərin normallaşması” barədə müqavilələr 15 sentyabrda Ağ Evdə təşkil edilən rəsmi mərasimdə imzalanıb.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top