Ermənistanda bir gündə 10 nəfər koronavirusdan öldü

DÜNYA 19 okt 2020, 12:18

Ermənistanda daha 766 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 65 460-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 091-ə çatıb. İndiyədək 48 208 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 15 845 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top