Embarqosu qaldırılan İran silah satmağı planlaşdırır

DÜNYA 19 okt 2020, 11:26

Embarqosu götürülən İran əsas silah idxalını deyil, ixracını planlaşdırır.


TASS bu barədə İran Müdafiə naziri, briqada generalı Əmir Hatəminin açıqlamasına istinadla məlumat yayıb.


“Şübhəsiz, idxal etdiyimizdən xeyli çox silah ixrac edəcəyik”, - deyə iranlı nazir bildirib.


O, əlavə edib ki, keçən ildən bəri Tehrana silah ixracı və idxalı məsələsində danışıqların aparıldığı bir neçə ölkə müraciət edib.


Onun sözlərinə görə, çoxları İran tərəfinin sanksiyalar çərçivəsində müdafiə sənayesində bu cür nəticələr əldə edə biləcəyinə inanmır.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top