Millimizin sabiq futbolçusu pula görə klubundan ayrılır

İDMAN 19 okt 2020, 11:13

"Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev hazırda çıxış etdiyi İsrailin "Makkabi" (Petah-Tikva) komandasından ayrılmağa hazırlaşır.


"Report" "One" nəşrinə istinadən xəbər verir ki, səbəb 30 yaşlı yarımmüdafiəçi ilə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığıdır.


Klubu Babayevin maaşını azatlmaq istəsə də, təcrübəli oyunçu bundan imtina edib. Nəticədə tərəflər arasında münasibətdə soyuqluq yaranıb.


Qeyd edək ki, 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top