Tarkan ermənilərin Gəncəyə hücumu ilə bağlı paylaşım etdi

ŞOU-BİZNES 19 okt 2020, 09:03

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində həlak olanlar və xəsarət alanlarla bağlı paylaşım edib.


Demokrat.az xəbər verir ki, populyar müğənni hücum zamanı həlak olanların və yaralıların olmasından kədərləndiyini bildirib.


“Dualarım qardaş ölkə Azərbaycanla.


Xain hücumlar zamanı həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara qısa zamanda şəfalar diləyirəm. Çok üzgünəm.


Qəlbim Azərbaycan xalqı ilə”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top