Gürcüstanın XİN başçısı Azərbaycanı təbrik edib

SİYASƏT 18 oktyabr 2020, 16:49

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.


"Report"un yerli bürosu xəbər verir ki, XİN başçısı təbrik sözlərini rəsmi "Twitter" hesabında yazıb.


"Azərbaycanı Dövlət Müstəqilliyinin elan olunmasının 29-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, strateji tərəfdaşımızla nümunəvi münasibətlər bundan sonra da bölgəmizdə sülh, sabitlik və tərəqqiyə töhfə verəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top