Əliyar Ağayev Avroliqa oyununa təyinat aldı

İDMAN 23 okt 2018, 00:18

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

 

Demokrat.Az xəbər verir ki, UEFA Avropa Liqasının A qrupunda oktyabrın 25-də keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer Leverkuzen” (Almaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

 

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top