"Dollar ilin sonunda bahalaşa bilər" - ŞƏRH

İQTİSADİYYAT 22 okt 2018, 23:56

"Federal Ehtiyatlar Sistemi (FES) növbəti dəfə faiz artımına getsə, o zaman dollar dünya bazarında daha da möhkəmlənəcək”

 

Bu sözləri "Sherg.az”a dolların yenidən bahalaşması ehtimalını şərh edərkən iqtisadçı- ekspert Natiq Cəfərli söyləyib.

 

Onun qənaətincə, FES-in son iki ildə apardığı siyasət faiz artımına getmək və bu artıma paralel olaraq böhranlı vəziyyətdən çıxmaqdan ibarətdir:

 

"2008-cı ildə FES təqribən 4 trilyon dollara yaxın vəsaiti dünya bazarında kredit şəklində paylayıb. Amma FES böyük banklara və korperasiyalara verdiyi krediti yaxın vaxtlarda geri alacağını açıqlayıb. Hər ay təqribən 80 milyard dollara yaxın vəsaiti geri çəkəcək. Bu da gələcəkdə dolların bahalaşmasına şərait yaradan əsas faktorlardan biridir. 2018-ci ilin başlanığıcından bu yana dollar indeksinin qiyməti 88 funtdan 97 funta qədər bahalaşıb. Məncə, dollarda kifayət qədər ciddi bahalaşma var. Bundan əlavə yanvar ayında bir avro bir dollar 26 sentə bərabər idisə, bu gün bir avro bir dollar 14 sentə bərabərdir. Gördüyümüz kimi dollar avro qarşısında 12 sent bahalaşıb. FES dolların faiz artımını bu qədər aqressiv şəkildə davam etdirsə, bu ilin sonunda növbəti faiz artım müşahidə olunacaq. Bu zaman dünyada dolların bahalaşması trendi davamlı şəkildə irəliləyəcək. Əgər FES növbəti dəfə dolların faiz artımına getsə, o zaman dollar dünya bazarında 3 funtu keçəcək və daha da qiyməti möhkəmlənəcək”.

 

Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FES) sentyabrın 25-26-da keçirdiyi son iclasın protokollarını dərc edib. Həmin iclasın protokollarında mərhələli şəkildə faiz artımına davam edəcəyi siqnalını verib. FES protokollarda faiz artırılması qərarının iqtisadiyyatın gücünü əks etdirdiyi vurğulanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top