Kılıcdaroğludan Ermənistanın xain raket hücumuna REAKSİYA: "Azərbaycanın yanındayıq"

DÜNYA 17 okt 2020, 10:35

"Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə hücumları ilə müharibə və insanlıq cinayətləri törədən Ermənistanı qətiyyətlə pisləyirəm".

 
Demokrat.az xəbər verir ki, bunu Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıcdaroğlu özünün tvitter hesabında yazıb.

 

"İstəklərimi qardaş Azərbaycan xalqına çatdırıram və bir daha təkrar edirəm ki, onların haqlı işində onların yanında dururuq", - deyə CHP lideri bildirib. (modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top