Ermənistanda koronavirusa yoluxanların sayı 61 mini ötdü

DÜNYA 16 okt 2020, 12:12

Ermənistanda daha 1 465 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 61 460-a yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 1 046-ya çatıb. İndiyədək 47 571 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 13 919 aktiv koronavirus xəstəsi var.


Xatırladaq ki, ötən gün Ermənistanda 1 371 yoluxma, 7 ölüm faktı açıqlanmışdı.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top