Rusiya Qırğızıstana maliyyə yardımını dayandırdı

DÜNYA 15 okt 2020, 20:12

Qırğız Respublikasında vəziyyət sabitləşənə, hakimiyyət qurumları müntəzəm fəaliyyətini bərpa edənədək Rusiya bu ölkəyə maliyyə yardımını dayandırır.

 

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Qeyd edək ki, bu gün Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov istefa verdikdən sonra, baş nazir Sadir Japarov paytaxt Bişkekdəki mitinqdə dövlət başçısı səlahiyyətlərinin ona keçdiyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top