Zelenski Türkiyəyə işgüzar səfər edəcək

DÜNYA 15 okt 2020, 18:02

Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 16-da Türkiyəyə işgüzar səfər edəcək.


Demokrat.az xəbər verir ki, məlumatı Ukrayna prezidentinin Mətbuat xidməti yayıb.


Bildirilib ki, səfər zamanı V.Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.


Məlumata görə, danışıqlar çərçivəsində liderlər ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə edəcək və bir sıra sənəd imzalanacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top