"Pambıq tarlalarda qalıb, yığan yoxdur" — Ekspert

SOSİAL 22 okt 2018, 13:38

"Pambıqla bağlı yazdığım statusların ardınca yeni məlumatlar daxil olur. Beyləqandan verilən məlumata görə, pambıq sahələrdə tökülüb, yerdə qalaraq, çürüyür və zay olur. Bunu 3 müxtəlif sahəni əks etdirən fotolardan və videodan görmək olar. Alış qiymətinin aşağı olmasına görə, yerli əhali pambıq yığmağa maraq göstərmir. Hazırda pambığın 1 kiloqramının alış qiyməti 15 qəpikdir".


Demokrat.Az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad Ibadoğlu deyib. 


Qubad İbadoğlu qeyd edib ki, neftin qiyməti bahalaşdığına görə pambığa maraq azalıb.


"Salyandan təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmamasına görə, tarla hələ də yaşıl rəngdədir. Yeri gəlmişkən onu da qeyd edim ki, Salyan icra hakimiyyətində bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub. 

 

Похожее изображение

Bir məlumatı da qeyd edim ki, əllə yığılan pambıq maşınla yığılandan daha təmiz olduğuna görə fermerlər pambığın maşınla toplanmasına çox da maraq göstərmirlər. Çünki, maşına toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-lar tərəfindən aşağı yazılır və bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top