Almaniya gizlin şəkildə nüvə müharibəsinə hazırlaşır

DÜNYA 15 okt 2020, 14:57

Almaniya Hərbi Hava Qüvvələri və NATO-dakı müttəfiqləri nüvə müharibəsinə hazırlaşırlar. Belə ki, onlar “Steadfast Noon” adlı gizli təlimə başlayıblar.


Bu barədə “Bild” xəbər yayıb.


Qəzetin yazdığına görə, manevrlərdə nüvə silahı daşıya bilən “Tornado” qırıcı-bombardmançı təyyarələri iştirak edir. Təlimlər ABŞ “B61” hidrogen bombaları üçün alternativ anbar sayılan Nörfenixdə hava bazasında keçirilir.


Bu döyüş başlıqlarının Reynland-Pfalzdakı Büxel bazasında olduğu ehtimal edilir.


Bu bazada, həmçinin, aerodromun “Patriot” RƏM (raket əleyhinəmüdafiə sistemi) sisteminin köməyi ilə müdafiəsini nəzərdə tutan “Resilient Guard” təlimləri keçirilir. Təlim çərçivəsində hərbçilər nüvə silahlarının yeraltı anbarlardan təhlükəsiz şəkildə çıxarılmasını, habelə təyyarələrə daşınmasını və quraşdırılmasını tətbiq edirlər. Təlim uçuşları mərmilərsiz həyata keçirilir.


“Bild”in yazdığına görə, NATO ölkələri nüvə müharibəsi təhlükəsinin indi hər zamankından daha yüksək olduğunu qəbul edirlər. Bunun əsas səbəbi ABŞ-ın Orta və yaxın mənzilli raketlərinin ləğv edilməsi haqqında sazişindən çıxması, həmçinin, Strateji hücum silahlarının (SNV-3) sazişinin uzadılmasına dair şübhələrdir.


Hərbi mütəxəssislər yeni silah yarışının başlayacağına inanırlar. 


Artıq ABŞ silah sistemlərini və orta mənzilli raket yerləşdirmə sistemlərini inkişaf etdirməyə başlayıb.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top