Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

DÜNYA 15 okt 2020, 11:42

Ermənistanda daha 1 371 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 59 995-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 1 039-a çatıb. İndiyədək 46 119 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 11 519 aktiv koronavirus xəstəsi var.


Xatırladaq ki, ötən gün Ermənistanda 1 058 yoluxma, 7 ölüm faktı qeydə alınmışdı.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top