Gələn il üçün qlobal soyuma proqnozlaşdırıldı

DÜNYA 13 okt 2020, 17:02

Gələn il 2020-ci ildən daha soyuq ola bilər.


“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü İqor Moxov bildirib.


“Bu il El-Nino mərhələsində başladı (Sakit Okeanın ekvatorial hissəsində səth suyunun temperaturunda enib-qalxma, hansı ki, iqlimə kəskin təsir göstərir) və La-Nina mərhələsində (El Ninonun daha soyuq analoqu - red.) sona çatdı. Gələn il, bundan daha soyuq olacağını gözləmək olar”, - deyə Moxov vurğulayıb.


O, həmçinin qeyd edib ki, 2020-dəki kimi illərdə El-Nino və La-Ninanın neytral mərhələdə olduğu illərə nisbətən daha çox ekstremal hava hadisələri olur.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top