Rusiyada terrorçuları zərərsizləşdirən polislər həyatlarını itirdi

DÜNYA 13 okt 2020, 13:31

Rusiyanın Çeçenistan Respublikasının Qroznı şəhərində hüquq-mühafizə işçilərinə atəş açan dörd terrorçu zərərsizləşdirilib.


TASS Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinin məlumat mərkəzinə istinadla xəbər yayıb.


Bildirilir ki, üç hüquq-mühafizə əməkdaşı terrorçuların açdığı atəş nəticəsində həyatını itirib.


“Hüquq-mühafizə orqanlarının səlahiyyətlilərinə təslim olma təklifinə cavab olaraq quldurlar atəş açıblar. Atışma zamanı dörd quldur zərərsizləşdirilib”, - deyə məlumatda qeyd olunur.


Hadisə yerində araşdırma aparılır. Ölən hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı barədə məlumatlar dəqiqləşdirilir.


Qərargahdan verilən məlumata görə, ərazidə terror aktları təhlükəsi var:


“Cəmiyyətə və dövlətin mənafelərinə ciddi zərər verə biləcək terror aktları planlaşdırılır. Cinayət fəaliyyətini boğmaq və nəticələrini minimuma endirmək üçün bütün lazımi tədbirlər görülür”.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top